Ermənistan ordusu sərhəddən geri çəkilir?

Oxunma vaxtı:37 Saniyə

Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb.

Bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli sakinlər sözügedən ərazilərdə mühəndis texnikalarının azaldığını bildirir. Sakinlər mətbuata deyib ki, sözügedən mövqelərdə heç bir qüvvə qalmayıb.

Yerli nəşrlər, həmçinin yazır ki, sözügedən ərazilərə Müdafiə Nazirliyinin əvəzinə Sərhəd Qoşunlarının hərbçiləri cəlb ediləcək. Ancaq hələlik bu barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanla sərhədinin bəzi hissələrində Rusiya sərhədçiləri yerləşdirilmişdi. Ancaq İrəvan müxtəlif səviyyələrdə Rusiyadan sərhədçilərin çıxarılmasını, onların əvəzinə öz sərhədçilərinin yerləşdirilməsini istəyir.(Modern)

Loading

Next Post

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - Sərəncam

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 […]