ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı

Oxunma vaxtı:26 Saniyə

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. 

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. 

Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb.

Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib. 

BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.

Loading

Next Post

Qarabağ Universitetində - Yeni təyinatlar

Qarabağ Universitetinə prorektorlar təyin olunub. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar.  Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı […]