MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı açıqlanıb – CƏDVƏL

Oxunma vaxtı:27 Saniyə

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

“Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.

Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir”, – məlumatda bildirilib.

Loading

Next Post

Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub - QRUPLAR

Bu il keçiriləcək Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub. 12 qrupda 48 yığma komanda mübarizə aparacaq. Keçirilən pley-off görüşlərindən sonra Bosniya və Herseqovina, İsveç, Türkiyə, Çexiya, İraq və Konqo DR mundiala vəsiqə qazanıb. Komandalar turnirdə aşağıdakı qruplarda mübarizə aparacaq. A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya […]