Sabah yağış intensivləşəcək

Oxunma vaxtı:38 Saniyə

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Loading

Next Post

Polad Bülbüloğlunun seçkilərə getməyi TƏSDİQLƏNDİ - ÖZƏL

İranın Mazandaran əyalətinin Nur şəhərində hökumət məmurları məcburi hicab qaydalarını pozan 30 yaşlı Arzu Bədrini güllələyib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. “Arzu Bədrinin məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirə olunmasına qərar verilib. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən […]