Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub – YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.

***

Şamaxı rayonu ərazisində iki gün ərzində altıncı dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

Fevralın 28-də Şamaxı rayonunda növbəti yeraltı təkanlar olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.

Qeyd edək ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.

Loading

Next Post

BİZİM TƏQVİM:28 fevralda baş vermiş tarixi hadisələr

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər böyük iğtişaşlar törədib. Baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ DTK-nin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək […]