Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

Oxunma vaxtı:22 Saniyə

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.

Loading

Next Post

Tələbələrin köçürülməsinə başlanılıb

Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanıb. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron […]