“Qarabağ” “Linkoln” səddini keçsə, kimlə qarşılaşacaq?

Oxunma vaxtı:50 Saniyə

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Linkoln” – “Qarabağ” cütünün qalibi

“Ferentsvaroş” – TNS cütünün qalibi

PAOK – “Borats” cütünün qalibi

“Bodo Qlimt” – RFŞ cütünün qalibi

“Selye” – “Slovan” cütünün qalibi

“Styaua” – “Makkabi” (Tel-Əviv) cütünün qalibi

Səpələnməmişlər

“Malmö” – “Klaksvik” cütünün qalibi

“Lüdoqorets” – “Dinamo Minsk” cütünün qalibi

APOEL – “Petrokub” cütünün qalibi

“Panevejis” – “Yagellonya” cütünün qalibi

“Şemrok Rovers” – “Sparta” cütünün qalibi

“Santa Koloma” – “Midtyulland” cütünün qalibi

Səpələnmişlər

“Reyncers”

“Slaviya”

“Zalsburq”

“Lill”

Səpələnməmişlər

“Luqano” – “Fənərbağça” cütünün qalibi

“Dinamo Kiyev” – “Partizan” cütünün qalibi

“Union Sent Jiloaz”

“Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

Loading

Next Post

II Şuşa Qlobal Media Forumu başa çatdı

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb. Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: […]