DİN-dən bank kartları ilə bağlı – Çağırış

Oxunma vaxtı:51 Saniyə

“Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur”.

Bu barədə DİN-in vətəndaşlara çağırışında deyilir.

Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc təklifi vətəndaşın aldadılmasına yönələn tələdir:

“Vətəndaşlar “WhatsApp”, “Telegram, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdırlar.

“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin“ adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.

İyulun 19-da ayrı-ayrı şəxslərin – 16 780, 9 745, 7 550, 3 070, 3 026, 2 807, 1 951, 1 380, 1 320, 1 102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb ələ keçirilməklə törədilir.

Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, cəlbedici görünən hər bir təklif yalandır”.

Loading

Next Post

Sui-qəsddən əvvəl drondan istifadə edibmiş

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazidə kəşfiyyat aparmaq üçün havaya dron buraxıb. Bu barədə “NBC News” məlumat yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 20 yaşlı Tomas Metyu Kruksun avtomobilindən dron və dron avadanlıqları aşkar edilib. Mənbənin “NBC” […]