Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq – PROQNOZ

Oxunma vaxtı:31 Saniyə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb

Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

DİN: Sabunçuda 310 nömrəli uşaq bağçasının tərbiyəçisi və direktoru barəsində cinayət işi başlanılıb

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb. DİN-in Mətbuat Xidmətinin media və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu […]