DİN: Sabunçuda 310 nömrəli uşaq bağçasının tərbiyəçisi və direktoru barəsində cinayət işi başlanılıb

Oxunma vaxtı:26 Saniyə

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

DİN-in Mətbuat Xidmətinin media və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Loading

Next Post

Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı - Açıqlama + Yenilənib

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib. Bu barədə məlumat teleqram kanallarında yayılıb. İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin “Nurduz” sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə […]