Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Oxunma vaxtı:29 Saniyə

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, – o bildirib.

M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları təbii fəlakətlər, onların yaratdığı təhlükələr, iqlim dəyişikliyi və TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər.

Sammitdə təşkilata üzv olan dövlət başçıları – Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcəklər.

Loading

Next Post

Azərbaycanda iki general ehtiyata buraxılıb

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.