ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın minalanmış ərazilərin xəritələri müqabilində tutulan ermənilərin geri qayıtmasını alqışlayır

Oxunma vaxtı:26 Saniyə

ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde azad edilmiş Ağdam rayonunda minalanmış ərazilərin xəritələri müqabilində saxlanılan 15 erməninin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasını alqışlayıb.

Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə A.Linde öz “Twitter” səhifəsində yazıb:

“15 saxlanılan şəxsin bu gün Ermənistana qayıtmasını və ərazilərin təmizlənməsinə töhfə verəcək məlumatların Azərbaycana ötürülməsini alqışlayırıq. Bu, ATƏT və ATƏT-in İsveçdəki nümayəndəliyinin sədrliyinin dəyərini göstərir. Bu etimad Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün bir atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa Birliyi ilə işləməkdən məmnunuq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağdamda müsbətə doğru çox dəyişiklik var - Hikmət Hacıyev

İşğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfər təşkil olunur. Doğrusöztv.Az – ın məlumatına görə, bunu xarici diplomatik korpus nümayəndələri ilə Ağdamda səfərdə olan Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, azad olduqdan 6 ay keçməsinə baxmayaraq Ağdamda müsbətə doğru çox dəyişiklik var, bərpa […]