“Laçındakı hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır” – İlham Əliyev

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

“Laçın rayonunda beynəlxalq hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.

“Unikal” xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib. 

“Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, onlardan ikisi işğaldan azad edilmiş ərazilərdə (Füzuli və Zəngilan – red) xidmət edir”, – prezident bildirib. 

Ölkə lideri qeyd edib ki, Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Loading

Next Post

“Azərbaycan heç bir dəhlizi bloklamayıb” - İlham Əliyev

“Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib. “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda […]