Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti fəaliyyətə başlayıb

Oxunma vaxtı:44 Saniyə

Bakıda COP-29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti fəaliyyətə başlayıb.

Sammitin məqsədi səhiyyə sahəsində nailiyyətlərin, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq. Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Tədbirin açılında Azərbaycanın səhiyyə naziri Teymur Musayev, COP29-un müəyyən edilmiş prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus tədbirin açılışında video müraciətlə çıxış edib.

Loading

Next Post

ÜST rəhbəri: İqlim böhranı səhiyyə böhranı da deməkdir

İqlim böhranı həm də səhiyyə böhranı deməkdir. Bunu Bakıda COP-dan qabaq keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O bildirib ki, iqlim dəyişikliyi insan sağlamlığına təsir edir: “Ümumi səylər olmasa, bu problem daha da böyüyəcək” ÜST rəhbəri vurğulayıb ki, təşkilat […]