Ukrayna səfiri: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də etibarlı, mehriban dostumuzdur

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də etibarlı və mehriban dostudur.

Bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib.

Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibliyi edən ölkə kimi alqışlayır: “Azərbaycanda dünya səviyyəli belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin beynəlxalq aləmdə artan rolundan xəbər verir”.

Loading

Next Post

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Xatırladaq ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün parlamentin sədrinə müraciət edib və […]