Kəşmir məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir – Nazir

Oxunma vaxtı:28 Saniyə

Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi möhkəm siyasi və mənəvi dəstəyi də Azərbaycan həmişə yüksək qiymətləndirib:

“Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz həmişə ardıcıl olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarıdır”.

Loading

Next Post

Milli Məclis Niderland Parlamentinin qətnaməsini PİSLƏDİ

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycanı hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır. Bu barədə parlamentin yaydığı münasibətdə bildirilib. Qeyd olunub ki, qətnamədə Azərbaycana qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, […]