İlham Əliyev moldovalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam […]