Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” - Ceyhun Bayramov

Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzatmağa davam edir.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində bildirib.XİN rəhbəri bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkənin Ermənistan olduğunu, buna görə də Zəngəzur dəhlizinin reallaşmasının digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmli olduğunu vurğulayıb.