Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?

Oxunma vaxtı:51 Saniyə

Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə məruzəni Prezidentə DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanov edib. Vətən müharibəsi iştirakçısı olan V.Sultanov, həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

Bildirilir ki, Vüsal Sultanov Vətən müharibəsindəki ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Belə ki, Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini vəzifəsinə irəli çəkilib. Bir müddət əvvəl isə o, DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Loading

Next Post

Azərbaycan Premyer Liqasında sonuncu tur vacib oyunlarla başlayır

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI tura start veriləcək. Hər üç qarşılaşma eyni saatda başlayacaq. Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli olacaq. Bundan əlavə, çempionatda gümüş və bürünc mükafatçı da müəyyənləşəcək. “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Hazırda “Neftçi” 56 xalla ikinci pillədə qərarlaşıb. 55 […]