Üç futbolçu Azərbaycan millisindən QOVULDU

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik olub.
Üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) – heyətdən kənarlaşdırılıb.
Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar. Əvəzində “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlama oyunu keçirəcək.

Loading

Next Post

"RİA Novosti"nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. “Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti […]