İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib – YENİLƏNİB

Oxunma vaxtı:42 Saniyə

İranın xilasedici dəstələri Türkiyənin pilotsuz təyyarəsinin aşkar etdiyi istilik mənbəyinə çatıblar, lakin sərt eniş edən, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmayıblar.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Bundan əvvəl Türkiyə PUA-sının ərazidə Rəisinin helikopterinin qalıqlarının ola biləcəyi istilik mənbəyini tapdığı bildirilib.

5:13

İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.

“Xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir”, – xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Türkiyənin “Bayraktar Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin dağıntıları ola biləcəyi ehtimal edilən “istilik mənbəyi” tapıb.

“Anadolu” agentliyi bildirib ki, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

“Press TV”nin məlumatına görə, dağıntıların mümkün aşkarlanması barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təsdiqləyib.(Press TV)

Loading

Next Post

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır. Lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla […]