Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək – KİV

Oxunma vaxtı:28 Saniyə

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək”​.

Bu barədə məlumatı Ermənistanın “MediaHub” portalı yayıb. 

Saytın mənbələrinin sözlərinə görə, hazırda Paşinyanın sözügedən tədbirə getməməsi qərara alınıb: “Mahiyyət etibarilə, Ermənistan bir daha göstərmək istəyir ki, o, Rusiyadan tərəfdaş olaraq narazıdır”.

Bildirilir ki, Paşinyan yalnız mayın 8-i Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq: “Lakin Paşinyan 9 may – Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak etməyəcək. Bu, artıq Qərbin tələbidir”.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.

Loading

Next Post

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb. Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır: – müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq; – müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək; – […]