Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Oxunma vaxtı:31 Saniyə

Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib.

Bu barədə Rusiyanın teleqram kanallarına istinadən “RBK-Ukrayna” məlumat yayıb.

Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib.

Daha sonra yerli sakinlər bir neçə partlayış barədə məlumat veriblər. Öz növbəsində, yerli hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini bildirib.

Rusiya teleqram kanallarının məlumatına görə, hücumdan sonra zavodlardan birinin ərazisində güclü tüstülənmə müşahidə edilib ki, bu da müəssisənin ərazisində yanğının baş verməsindən xəbər verir.

Dağıntılar və xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.

Loading

Next Post

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası […]