Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq;

– müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək;

– müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq;

– müvafiq sahədə tədqiqatlar aparmaq;

– müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq;

– müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;

– müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

– Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək;

– bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Loading

Next Post

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. Qeyd olunub ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir.