“COP29 qarşıdurma arenası olmayacaq”

Oxunma vaxtı:28 Saniyə

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib.

Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətdə addımlar atdıqlarını vurğulayan dövlət başçısı deyib: “COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.

Loading

Next Post

Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır: “İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll […]