Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər

Oxunma vaxtı:16 Saniyə

2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.

Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.

O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib.

Nazirin sözlərinə görə, Tbilisidə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək.

Loading

Next Post

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin aradan qaldırılmasına razılıq verib. “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd […]