Juninyo həftənin ən yaxşı oyunçusu adına namizəd oldu

Oxunma vaxtı:34 Saniyə

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

Siyahıda “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, “Marsel”in qabonlu forvardı Pyer-Emerik Obameyanq və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bayer 04″ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

Loading

Next Post

Qərb dövlətlərində müsəlmanlar ciddi problemlərlə üzləşirlər

Azərbaycanın islamofobiya ilə bağlı beynəlxaq konfranslara ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Dinlərarası qardaşlıq mühitinin hökm sürdüyü Azərbaycan milli, mədəni, dini dəyərlərini də unutmur. Ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib. Burda yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq eyni hörməti görürlər. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə martın […]