Universitet dekanı VƏFAT ETDİ

Oxunma vaxtı:45 Saniyə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.

Məlumat üçün bildirək ki, A.Fərəcov 1958-ci ildə anadan olub. O, 1975-1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitet) Mexanika-riyaziyyat fakültəsində, 1978-1980-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1980-1983-cü illərdə isə həmin təhsil müəssisəsində Mexanika-riyaziyyat fakultəsinin əyani doktorant səviyyəsi üzrə təhsil alıb. 1980-ci ildə indiki AMEA-nın Riyaziyyat-mexanika institutunda elmi işçi, 1983-cu ilin dekabrından Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsində müəllim, 1994-1996 Türkiyənin İstanbul Universitetində dosent, 1996-2019-cu illərdə BDU mexanika-riyaziyyat fakültəsində dosent, 2019-ci ildən isə ADPU riyziyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Loading

Next Post

Qazaxıstan Prezidenti: Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir. “Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi […]