Düşmənin əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib – MN

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Əziz xalqımızı Dövlət Bayrağı Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanmağı münasibətilə Ordu rəhbərliyi və şəxsi heyət adından təbrik edirəm.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, ötən müddət ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdə olan bölgələrimizi, o cümlədən Bərdə, Ağdam rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, toplardan və minaatanlardan atəşə tutub:

“Ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görülüb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. “Su-25” həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib.

Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan düşmənin 2-ci və 3-cü motoatıcı alayının bölmələri ağır itkilər verərək müdafiə hədlərini atıb qaçmağa məcbur edilib. Düşmənin xeyli sayda ölü və yaralısı var. Cəbhənin Tərtər istiqamətində bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti də Ordumuzun dəqiq atəşi ilə məhv edilib”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

QHT-lər Şuşanın işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları 8 noyabr – Şuşanın işğaldan azad olunması və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu göndəriblər. Doğrusöztv.Az məktubu təqdim edir. Hörmətli cənab Prezident! Hörmətli Ali Baş Komandan! Bu gün Azərbaycanda fəaliyyət göstərən və siyasi baxışından asılı […]