Putin: “Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var”

Oxunma vaxtı:23 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Belarusdakı prezident seçkilərinin legitimliyini və Aleksandr Lukaşenkonun qələbəsini tanıdığını açıqlayıb.

Mk.ru xəbər verir ki, o, “Mən Aleksandr Qriqoriyeviç Lukaşenkonu qələbəsi münasibətilə təbrik etdim… Bu qədər”, – deyib.

Rusiya lideri qeyd edib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun avqustun 9-da seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi qurumun mövqeyinin əvvəlcədən hazırlandığı şübhəsini doğurur.

Buna görə də Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü - RƏSMİ

Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bu məqsədlə dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayan qızla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona […]