Prezident: Azərbaycan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir

Oxunma vaxtı:30 Saniyə

Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır.

Bu fikirlər Prezident İlham Əliyevin Roma Papası Fransiskə ünvanlandığı təbrik məktubunda əksini tapıb.

Dövlət başçısı qeyd edib ki, yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlar Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər.

“Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir”, – Prezident vurğulayıb.

Loading

Next Post

Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır

Son dövrlərdə müasir texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır. Uşaqlar humanizmə aid olmayan, ziyanlı istiqamətlərə yönəldilirlər. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, ölkədə iki milyona yaxın təhsilalan və təhsilverən var: “Təhsilin qarşısında çox […]