İdarə rəisi təqaüdə göndərildi

Oxunma vaxtı:28 Saniyə

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.(Avtosfer)

Loading

Next Post

Xəstəxananın həyətindən körpə meyiti tapıldı

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.