Belarusda erməni işçilərinə QADAĞA

Oxunma vaxtı:20 Saniyə

Ermənistanın “Ararat” şirkəti tərəfindən istehsal olunan içkilərin Belarusa gətirilməsi və ölkədə satılması qadağan olunub.

Bu barədə Belarus səhiyyə nazirinin müavini Aleksandr Tarasenko fərman imzalayıb.

Qərar zavodun istehsal etdiyi şərablardan birində sintetik boya azorubinin aşkarlanması ilə əlaqədar verilib.

Qərara əsasən, Belarus ərazisindəki “Ararat” brendi zavodunun bütün məhsulları ticarətdən çıxarılmalı və utilizasiya edilməlidir.

Qeyd edək ki, “Ararat” zavodunda konyak, şərab, araq, viski və ətirli spirtli içkilər istehsal olunur.

Loading

Next Post

Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO 

Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb. Modern.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb. S.Qədirovun fikrincə, bazarların dolu olmasının […]