Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb – VİDEO 

Oxunma vaxtı:33 Saniyə

Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.

Modern.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.

S.Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir.

Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə qarşılaşdıqlarını deyirlər.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib

Ətraflı süjetdə:

Loading

Next Post

Xankəndidə saatlı bomba aşkarlandı 

Xankəndi şəhərində saatlı bomba və digər silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif […]