Mingəçevirdə həyətləri su basıb, ağaclar aşıb: Xəsarət alan var

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır.

Bu barədə “Report”un Qarabağ bürosuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.

Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.

Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.

Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.

Loading

Next Post

Qaxda turist dağdan yıxılıb xəsarət aldı - YENİLƏNİB

Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir. Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür. ***16:35 Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb. Hadisə rayonun […]