Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb – YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb, 5-i azyaşlıdır.

“Report”un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.

Pəri Əliyeva bildirib ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib: “Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir”.

Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35–40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.

“Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib”, -deyə o bildirib.

11:56

Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Nəticədə Ordubad rayonu Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

Onun nəvələri – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.