Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutuldu

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Loading

Next Post

MEDİA AzTV-nin əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yaydı

Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər. […]