İran XİN: 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açılacaq

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək.

Diplomat əlavə edib ki, səfirlik və baş konsulluq artıq Səudiyyə Ərəbistanında iranlı zəvvarların vəziyyətini yüngülləşdirən məsələləri həll etməyə başlayıb.

Loading

Next Post

"Unikal" 13 yaşını qeyd edir

“Unikal” qəzeti və “Unikal.az” xəbər portalının fəaliyyətə başlamasının 13 ili tamam olur. İlk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn “Unikal” qəzeti hazırda həftədə bir dəfə dərc olunur. Qəzet Medianın İnkişafı Agentliyindən (MEDİA) maliyyələşir və layihə icra edir. Unikal.az Xəbər Portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və […]