Ərdoğan CHP-ni sərt tənqid edib

Oxunma vaxtı:49 Saniyə

Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.

“Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir”, – o bildirib.

Ərdoğanın sözlərinə görə, rüşvət ittihamları da CHP üzvləri arasındadır:

“Dünən “xalqın ümidi” dediklərinə bu gün “xain” damğası vuranlar da özlərindən başqası deyil”.

Xatırladaq ki, 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CHP-nin mərkəzi qərargahından çıxarılıb. Qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kamal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.

Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Loading

Next Post

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

Bakıda və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək. Bu barədə “Azərişıq”ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir […]