Paşinyan Rəisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Ermənistanın baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Onlar ikitərəfli və regional gündəliyin bir sıra mühüm məsələlərini müzakirə ediblər.

Xüsusilə, tərəflər regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.

Ermənistanın baş naziri Brüsseldə 22 may tarixində keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını da Rəisi ilə bölüşüb.

Mənbə: Sputnik Ermənistan

Loading

Next Post

Bu ölkə "Taliban"la danışıqlara başladı

Hindistan xarici işlər nazirliyinin rəsmiləri hakim “Taliban” hərəkatının yüksək rütbəli üzvləri ilə danışıqlar aparmaq üçün Əfqanıstanın paytaxtı Kabilə gedib. Bu barədə “Reuters” Hindistan XİN-ə istinadən məlumat yayıb.  Qeyd olunub ki, bu, ABŞ-ın keçən il xaotik şəkildə geri çəkilməsindən sonra ilk belə görüşdür: “Yaraqlıların hakimiyyəti ələ keçirməsindən sonra qarşıdurmaların yaşandığı ölkədə […]