AFFA “Neftçi”nin prezidentini cəzalandırdı

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.

Buna səbəb klub rəhbərinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub.

Buna görə, Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.

Görüşdə 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” isə 800 manat cərimələnib.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading

Next Post

Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci […]