Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib

Oxunma vaxtı:37 Saniyə

Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib.

Bununla bağlı “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi təklif edilib.

Təklif olunan dəyişiklik layihəsinə görə, Şuranın fəaliyyət istiqamətlərinə yeni məzmunda maddələr əlavə edilir. Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.

Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.

Həmçinin Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Loading

Next Post

Onlar əfv olunmaq istəyir

28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir. Belə ki, əfv ərizəsi yazanlar arasında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev, ləğv edilmiş […]