Sərvər Bəşirli Türkiyə prezidentinin sarayında iftara dəvət alıb – FOTO

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ölkələrimizin qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş Sərvər Bəşirlini iftara dəvət edib.

Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb.

İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar.

İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.

Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.

Loading

Next Post

Azərbaycan banklarının kredit qoyuluşu 7 ildən sonra ilk dəfə 20 milyard manatı keçib

Bu il aprelin 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bu, martın 1-i ilə müqayisədə 1,4%, ilin əvvəlinə nisbətən 2,3%, illik müqayisədə isə 14,3% çoxdur.Xatırladaq ki, sonuncu dəfə bankların kredit qoyuluşu 1 fevral 2016-cı ildə 20 milyard […]