Hərbçi yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oxunma vaxtı:30 Saniyə

Hərbçi yoldaşını güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Dogrusoztv.Az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Loading

Next Post

Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb. Dogrusoztv.Az Trend-ə istinadən məlumat verir. Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl – azərbaycanlı – toponimləri yer alıb. Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq: – “Sotk” (“Kəlbəcər”), Geqarkunik rayonu (Kəlbəcər rayonu) – […]