Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.

Loading

Next Post

İranda iki polis məntəqəsinə hücum edilib, 8 nəfər ölüb - YENİLƏNİB

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. Bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat yayıb. Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb. Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb. 03:42 İranda iki polis məntəqəsinə […]