Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bu barədə “İnterfaks-Ukrayna” şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.

Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək.

“Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan edilib”, – V.Kliçko yazıb.

***

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.

Bu barədə şəhərin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, 33 nəfər yaralanıb.

“Dəqiqləşdirilmiş məlumatlara görə, paytaxtda 8 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb”, – o yazıb.

Loading

Next Post

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında məlumat verilib. “Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə […]