Respublika Narkoloji dispanserində xəstə bıçaqlandı

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Dünən saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserdə bıçaqlanma hadisəsi baş verib.

Dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Ə. digər pasiyent 1979-cu il təvəllüdlü Ə. M.-ə arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 1 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Loading

Next Post

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə DSMF müvafiq […]