Qəbələdə ağır qəza – 1 ölü, 3 yaralı

Oxunma vaxtı:22 Saniyə

Bu gün saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol qəzası baş verib.

Hadisə vaxtı “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb. “Mercedes”in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini isə yaralanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Loading

Next Post

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.