Ötən ay Azərbaycanda bu məhsullar bahalaşıb

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiztəşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Loading

Next Post

600 illlik tarixi məscid 3 saniyədə yerlə-yeksan oldu - ANBAAN VİDEO

Türkiyənin Hatay şəhərində baş verən dəhşətli zəlzələ zamanı 600 illik Mahremiye məscidi dağılıb. BiG.AZ xəbər verir ki, həmin anın görüntüləri təzəlikcə internetdə yayılaraq zəlzələnin gücünü bir daha göz özünə gətirib.