Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı xəbərlər düzgün deyil və aldadıcıdır – Səfir

Oxunma vaxtı:45 Saniyə

Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bir sıra erməni KİV-lərində Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə yer alan məlumatları şərh edərkən deyib.

O bildirib ki, qeyd olunan məlumat düzgün deyil və aldadıcıdır:

“Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir. Ermənistan da, Azərbaycanda xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması yoxdur. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur.

Fransa ATƏT Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir. Fransa Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədən və insan ölümlərindən təəssüflənir və atəşkəs rejiminə ciddi əməl etməyə, dayanıqlı sülhə, barışığa və əməkdaşlığa çağırır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib. Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi: -Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini […]